Maye halda konsentrat yer və səth dezinfeksiyaedici
Maddə konsentrat olub, "Quaternary ammonium" tərkibi ilə geniş antimikrob spektrə malikdir.
İSTİFADƏ SAHƏLƏRİ
Bütün səth və zəminlərdə - xəstəxanaların bütün üfüqi və şaquli səthlərində, PVC/epoksid yerlərdə, divarlarda, əməliyyatxanaların reanimasiya şöbələrində, ev, ofis, məktəb, zavodlarda təmizlik və sürətli dezinfeksiya prosesi üçün istifadə edilir. Şüşə, taxta, keramika və plastik materiallara uyğundur.
İSTİFADƏ QAYDASI
1/400 nisbətində durulaşdırılan (10 litr suya 25 ml maddə) məhlul dezinfeksiya edilməli və təmizlənməli səthə vedrə-mop üsulu ilə və ya yeryuyan maşınlar vasitəsilə tətbiq edilir. Həmçinin, iş mühiti, zavod və evlərdə hava, səth, divar, əşya, avadanlıq dezinfeksiyasında da istifadə edilir. Mərkəzləşdirilmiş və ya mərkəzi olmayan doza nasosları, ULV cihazı, stabil və mobil alətlərdən püskürdülərək və yenidən doldurula bilən doza şüşələri vasitəsilə də tətbiq edilə bilər. Səthlərə korroziv təsiri yoxdur.
TƏRKİBİ
• Benzalkonium xlorid,
• Didesildimetilammoniumxlorid,
• Korroziya inhibitorları,
• Köməkçi maddələr.
KODU: 9811
Həcm: 5 litr