Xlorheksidin qlükonat tərkibli antiseptik maye sabun
Əl və dərinin antiseptik təmizlənməsi üçün hazırlanmış 4% Xlorheksidin Qlükonat tərkibli maye sabundur. Tərkibindəki səthi aktiv maddələr və qoruyucuların sayəsində eyni vaxtda həm təmizləyir, həm dezinfeksiya edir. Dermatoloji cəhətdən həssas və allergik dəri tipinə malik şəxslər üçün də uyğundur. Balanslı pH dəyəri ilə dəriyə tam zərərsizdir.
İSTİFADƏ SAHƏLƏRİ
Cərrahi müdaxilədən əvvəl əllərin antiseptik təmizlənməsində və xəstənin müdaxilədən əvvəl bütün bədəninin yuyulmasında, dental cərrahiyədə və diş həkimliyində, xəstə və heyətin çarpaz çirklənmə riskinə qarşı və başqa bu kimi bütün növ sağlamlıq xidməti verən müəssisələrdəki proseslərə uyğundur. Qida istehsalı və emalı prosesinin bütün sahələrində, həkim müayinələrində infeksiyaya qarşı profilaktik olaraq istifadə edilir. Əlavə olaraq ümumi istifadə - ev, ofis, zavod, məktəblərdə əllərdə olan mikrobları məhv etmək üçün istifadə olunan yüksək təsirli bir maddədir.
İSTİFADƏ QAYDASI
Əllərin gigiyenik antiseptik işlənməsi üçün lazım olan 3-5 ml məhlul sulandırılmadan birbaşa EN1500 standartına müvafiq olaraq 30 saniyə müddətində əllərdə ovuşdurularaq tətbiq edilir və durulanır. Cərrahi əl dezinfeksiyası üçün müdaxilədən əvvəl və sonra əlləri, dirsək altına qədər qolları, dırnaqların altını 2 dəfə (3-5) ml məhlul ilə 2 dəqiqə müddətində antiseptik işləmək və sonra durulamaq lazımdır.
TƏRKİBİ
Xlorheksidin qlükonat, izopropil spirti və köməkçi maddələr
KODU: 9800
Həcm: 1 litr