ERMESTO DERMOL


Spirt əsaslı, xlorheksidinli əl və dəri antiseptiki


Əl və dəriyə sürtərək tətbiq edilən, qısa müddətdə öz təsirini göstərən dəri antiseptikidir. Spirt tərkibli olduğu üçün əl və dəridə olan kontaminasiyaedici mikroorqanizmləri ən effektiv və sürətli şəkildə məhv edir. Dərini yumşaldır və qoruyur. Dermatoloji cəhətdən sınaqdan keçirilmişdir.

 

İSTİFADƏ SAHƏLƏRİ
Klinikalar, əməliyyatxanalar, reanimasiyalar, laboratoriyalar, stomatoloji klinikalar və bu kimi yerlərdə əllərin və dərinin antiseptik təmizliyi üçün tətbiq edilir.

İSTİFADƏ QAYDASI
Əllərin gigiyenik antiseptik işlənməsi üçün lazım olan 3-5 ml məhlul EN1500 standartına müvafiq olaraq 30 saniyə müddətində quruyana qədər əllərdə ovuşdurularaq tətbiq edilir. Cərrahi əl dezinfeksiyası üçün müdaxilədən əvvəl 5 ml məhlul ilə 3 dəqiqə müddətində quruyana qədər əllər, biləklər və disrəklər də daxil olmaqla ovuşdurmaq lazımdır.

TƏRKİBİ
• 70% etil spirti,
• 2% xlorheksidin qlükonat,
• Nəmləndirici agentlər,
• Yumşaldıcı agentlər,
• Köməkçi maddələr.

KODU: 9807

Həcm: 1 litr