ERMESTO READY HP SPRAY


Hidrogen peroksid əsaslı, istifadəyə hazır səth dezinfeksiyaedici


Tibbi alətlərin və avadanlıqların səthinin sürətli dezinfeksiyası üçün istifadə edilən antikorroziv, xoş ətirli maddədir. Aldehid, spirt, fosfat ehtiva etmir.

 

İSTİFADƏ SAHƏLƏRİ
Sürətli dezinfeksiya tələb edilən bütün üfüqi və şaquli xəstəxana səthlərində - xüsusilə PVC/epoksid sahələr, yerlər, divarlar, ultrasəs problar, küveyzlər, stomotologiyada tətbiq edilən aeratorlar və mikromotor başlıqlar, LOR alətlərində həm təmizlik, həm də dezinfeksiya məqsədilə tətbiq edilə bilər. Həmçinin əməliyyatxanalarda, reanimasiyalarda, xəstə yatağının kənarlarında, serum asılqanlarında, mikroskopların əl və dəri təmas edən yerlərində, xəstə ilə təmas edən alətlərdə də istifadə olunur.

İSTİFADƏ QAYDASI
Maddə bütün növ şaquli və üfüqi səthlərdə istifadəyə uyğun olub birbaşa püskürtmə yolu ilə tətbiq edilir. Püskürtmə başlığını səthdən 30-40 sm məsafədə tutub səthə püskürtmək lazımdır. Tam təsir göstərməsi üçün 30 saniyə gözləyib təmiz bir bez ilə silmək lazımdır.

TƏRKİBİ
• Hidrogen peroksid,
• Deionlaşdırılmış su.

KODU: 9809

Həcm: 1 litr