Spirt ehtiva etməyən QAC əsaslı səth dezinfeksiyaedici
Maddə istifadəyə hazır olub, "Quaternary ammonium" tərkibi ilə geniş antimikrob spektrə malikdir. Aldehid, fosfat və spirt ehtiva etmir. Tərkibindəki korroziya inhibitorları sayəsində metal səthlərdə də tətbiq edilə bilər. Həmçinin maddəni şüşə, keramika, silikon, plastik (pleksiqlas daxil), taxta və paslanmaz metal səthlərdə, alətlərdə və avadanlıqlarda tətbiq etmək olar.
İSTİFADƏ SAHƏLƏRİ
Küveyzlər başda olmaqla sürətli dezinfeksiya tələb edilən bütün üfüqi və şaquli xəstəxana səthlərində - PVC/epoksid sahələr, yerlər, divarlar, ultrasəs problar, küveyzlər, stomotologiyada tətbiq edilən aeratorlar və mikromotor başlıqlar, LOR alətlərində həm təmizlik, həm də dezinfeksiya məqsədilə tətbiq edilə bilər. Həmçinin əməliyyatxanalarda, reanimasiyalarda təmizlik və dezinfeksiya məqsədilə də istifadə olunur.
İSTİFADƏ QAYDASI
Maddə bütün növ şaquli və üfüqi səthlərdə istifadəyə uyğun olub birbaşa püskürtmə yolu ilə tətbiq edilir. Püskürtmə başlığını səthdən 30-40 sm məsafədə tutub səthə püskürtmək lazımdır. Tam təsir göstərməsi üçün 30 saniyə gözləyib təmiz bir bez ilə silmək lazımdır.
TƏRKİBİ
• Benzalkonium xlorid,
• Didesildimetilammoniumxlorid,
• Köməkçi maddələr.
KODU: 9810
Həcm: 1 litr