Tibbi alətlər və cihazlar üçün ferment tərkibli ön təmizləmə və dezinfeksiya maddəsi
Enzym 5-li ferment ehtiva edən konsentrat fermentativ alət təmizləyici və dezinfeksiyaedicidir. Tibbi və cərrahi alətlər, temperatura davamlı və davamsız materialların fermentativ təmizliyində və dezinfeksiyasında tətbiq edilir. Alətlərin üzərində olan üzvi kirləri təmizləyir, eyni zamanda dezinfeksiyanı da həyata keçirir. Korroziyanın qarşısını alır. Aldehid, fenol və fosfat ehtiva etmir.
İSTİFADƏ SAHƏLƏRİ
İstifadə edilmiş tibbi və cərrahi alətlər, MIC (minimal invaziv cərrahiyyə) alətlətləri, endoskoplar, anesteziya alətləri, stamotoloji alətlər, temperatura davamlı və davamsız materiallar, alət dezinfeksiya küveyzlərində əl ilə, ultrasəs yuma maşınlarında və avtomatik yuma maşınlarında, həmçinin, plastik, keramika, çini (porselen) və şüşədən emal edilən bütün alətlərin fermentativ təmizliyi və dezinfeksiyası üçün uyğundur. Wolf, Storz, Fujinon, Pentax, Olympus markalı endoskopların təmizliyində və dezinfeksiyasında köməkçi olaraq istifadəsi məsləhət görülür.
İSTİFADƏ QAYDASI
Məhsul 0. 4-3 % nisbətində durulaşdırılaraq istifadə edilir. Alət dezinfeksiya küveyzinin içinə lazımi miqdarda su doldurun, sonra doza nasosu vasitəsilə məsləhət görülən miqdarda maddə əlavə edin.
TƏRKİBİ
• Ferment (amilaza, lipaza, sellüloza, mannaza, proteaza),
• Nonionik səthi aktiv maddələr,
• Benzalkonium xlorid,
• Antikorroziv maddələr,
• Köməkçi maddələr.
KODU: 9815
Həcm: 5 litr