Tibbi alətlər və cihazlar üçün ferment tərkibli ön təmizləmə və dezinfeksiya spreyi
Enzym Perfect çirkli alətlər üçün nəzərdə tutulmuş ferment tərkibli, püskürdülərək tətbiq edilən təmizləyici və dezinfeksiyaedici maddədir. İstifadəyə hazır, köpük formasındadır. Sprey başlığı qablaşma ilə birlikdə gəlir və istifadə zamanı aerozol emal etmədən köpük məhlul püskürdür. Qatı köpüyü sayəsində alətləri hərtərəfli, bərabər miqdarda əhatə edə bilir. Xüsusilə cərrahi alətlərdəki üzvi kirlərin qurumasının qarşısını alır, beləliklə həmin alətlər maksimum keyfiyyətdə təmizlənir və ömrü uzanır. Yüksək material uyğunluğuna sahibdir. Asanlıqla durulanır və alətlərin üzərində qalıq saxlamır.
İSTİFADƏ SAHƏLƏRİ
Sterilizasiyaya sürətli transfer edilə bilməyən kirli tibbi və cərrahi alətlərin toplanması və transferi prosesində alətlərin nəmləndirilməsi və dezinfeksiyası məqsədilə istifadə olunur. Qan və üzvi qalıqların qurumasının qarşısını almaq üçün kifayət dərəcədə nəmlilik səviyyəsini qoruyur və eyni zamanda dezinfeksiyanı təmin edir. Enzym Perfect tətbiq edilmiş alətləri sterilizasiya otağına çatana qədər güvənlə saxlamaq olar.
İSTİFADƏ QAYDASI
Əvvəla alətləri yerləşdirəcəyiniz qabın dibini maddə ilə isladın və alətləri bundan sonra qaba doldurun. Bütün alətlərin üzərinə də maddə püskürdün. Kirli alət qabının qapağını bağlayın. Lazımi təmas müddəti başa çatdıqdan sonra durulayın.
TƏRKİBİ
• Ferment (amilaza, lipaza, sellüloza, mannaza, proteaza),
• Nonionik səthi aktiv maddələr,
• Benzalkonium xlorid,
• Antikorroziv maddələr,
• Köməkçi maddələr.
KODU: 9814
Həcm: 1 litr