Hidrogen peroksid və PA əsaslı, sporosid təsirə malik tibbi alət və endoskop dezinfeksiyaedici
Liquid PA endoskop yuma maşınlarında və manual istifadəyə uyğun yüksək təsirli tibbi alət və endoskop dezinfeksiyaedicidir. Aktivləşdirildikdən sonra istifadəyə hazır vəziyyətə gəlir. Ön təmizliyi həyata keçirilmiş alətlər üçün istifadə edilir. 5 dəqiqədə dezinfeksiya və sterilizasiya edir. Hazır məhlul aktivliyini itirmədən 14 günə qədər istifadə ömrünə sahibdir. Test stripləri ilə aktivliyi yoxlanıla bilər. Tibbi alərlərin, "flexible" və "rigid” endoskopların dezinfeksiyası üçün istifadə edilən, fenol, xlor və formaldehid ehtiva etməyən, rəngsiz, qoxusuz, toksik olmayan dezinfeksiyaedicidir.
İSTİFADƏ SAHƏLƏRİ
Maddə bütün növ cərrahi alətlərin, temperatura davamsız anesteziya aksesuarlarının (maska, ambu və s.) və Karl Storz, Olympus, Pentax, Fujinon, flexible və rigid kimi bütün stabil və elastik endoskopların dezinfeksiyası ilə yanaşı, hər cür cərrahi alətin və laparaskopik alətlərin dezinfeksiya üçün uyğundur. Endoskop örtüklərində paslanma, korroziya, yumşalma, rəng dəyişikliyi kimi zədələnmələrə səbəb olmur. Kauçuk, plastik, PVC, akril, polimer, polikarbon, polistirol, HDPE, çini və paslanmaz polad materiallardan hazırlanmış tibbi alət və avadanlıqların dezinfeksiyasına uyğundur.
İSTİFADƏ QAYDASI
Liquid PA maddəsi aktivator maddənin qarışdırılması ilə aktiv hala gəlir. Aktivatoru tamamilə bidona boşaldıb eynicinsli məhlul alınana qədər çalxalayın. Ön təmizliyi həyata keçirilmiş alətləri Liquid PA məhluluna tam təmas edəcək şəkildə batırıb 5 dəqiqə gözləyin. Sonra alətləri məhluldan çıxarıb bol su ilə durulayın və qurulayın. Avtomatik endoskop yuma və dezinfeksiya maşınlarında istifadə zamanı istehsalçı tərəfindən məsləhət görülən qaydalara əməl edilməlidir.
TƏRKİBİ
• Persirkə turşusu,
• Hidrogen peroksid,
• Antikoroziv maddələr,
• Deionlaşdırılmış su.
KODU: 9816
Həcm: 5 litr