ERMESTO GDA 2%


Sporosid təsirli tibbi alət və endoskop dezinfeksiyaedici


2% GDA tərkibi ilə cərrahi alətlərin və endoskopların yüksək səviyyədə dezinfeksiyası üçün nəzərdə tutulmuş, antimikrob, antikorroziv, 30 gün istifadə müddəti olan bir maddədir. Tibbi alətlərin, "flexible" və "rigid" endoskopların dezinfeksiyası üçün istifadə edilən, fenol, xlor və formaldehid ehtiva etməyən rəngsiz, qoxusuz, toksik olmayan istifadəyə hazır dezinfeksiyaedicidir. 

 

İSTİFADƏ SAHƏLƏRİ
Maddə bütün növ cərrahi alətlərin, temperatura davamsız anesteziya aksesuarlarının (maska, ambu və s.) və Karl Storz, Olympus, Pentax və Fujinon kimi bütün endoskopların dezinfeksiyası ilə yanaşı bütün növ cərrahi alətlərin və laparaskopiya alətlərinin dezinfeksiyası üçün uyğundur. Endoskop örtüklərində paslanma, korroziya, yumşalma, rəng dəyişikliyi kimi zədələnmələrə səbəb olmur. Kauçuk, plastik, PVC, akril, polimer, polikarbon, polistirol, HDPE, çini və paslanmaz polad materiallardan hazırlanmış tibbi alət və avadanlıqların dezinfeksiyasına uyğundur.

İSTİFADƏ QAYDASI
Endoskop yuma maşınlarında və manual istifadəyə uyğundur. Maddəni dezinfeksiya vannasına doldurun, fermentativ məhlul ilə ön təmizliyi həyata keçirilmiş alətləri söküb, bütün səthləri GDA 2% maddəsinə təmas edəcək formada vannaya yerləşdirin və qapağını bağlayın. Təsir müddəti başa çatdıqdan sonra alətləri məhluldan çıxarıb bol su ilə durulayın. Maddənin aktiv olub olmadığı test stripləri ilə yoxlanmalıdır. Əgər vannadakı məhlulda gözlə görünən səviyyədə kirlilik olarsa məhlulu yeniləmək tövsiyyə edilir. Aktivliyini itirmiş hər 5 litr maddə üçün 25-32 qram qlisin əlavə edərək nizamnamələrə müvafiq olaraq kənarlaşdırılır. Avtomatik endoskop yuma və dezinfeksiya maşınlarında istifadə zamanı istehsalçı tərəfindən təmin edilən qaydalara əməl edilməlidir.

TƏRKİBİ
• 2 % qlutaraldehid,
• Antikoroziv maddələr,
• Deionlaşdırılmış su.

KODU: 9817

Həcm: 5 litr