ERMESTO CLEAN FLASH OPA


Sporosid təsirə malik tibbi alət və endoskop dezinfeksiyaedici


Bu maddə istifadəyə hazır olub, 5 dəqiqədə dezinfeksiya və sterilizasiya edir. Qabda hazırlnan məhlul təsirini itirmədən 14 gün istifadə edilə bilər. Korroziya inhibitoru ehtiva edir. Test stripləri ilə asanlıqla yoxlana bilər. Tibbi alət və endoskopların dezinfeksiyası üçün istifadə edilən, fenol, xlor və formaldehid ehtiva etməyən, rəngsiz, qoxusuz, toksik olmayan, istifadəyə hazır, yüksək təsirli alət və endoskop dezinfeksiyaedicidir. 

 

İSTİFADƏ SAHƏLƏRİ
Clean Flash OPA maddəsi temperatura davamsız anesteziya aksesuarlarının (maska, ambu və s.) və Karl Storz, Olympus, Pentax və Fujinon kimi bütün endoskopların dezinfeksiyası ilə yanaşı bütün növ cərrahi alətlərin və laparaskopiya alətlərinin dezinfeksiyası üçün uyğundur. Endoskop örtüklərində paslanma, korroziya, yumşalma, rəng dəyişikliyi kimi zədələnmələrə səbəb olmur. Kauçuk, plastik, PVC, akril, polimer, polikarbon, polistirol, HDPE, çini və paslanmaz polad materiallardan hazırlanmış tibbi alət və avadanlıqların dezinfeksiyasına uyğundur.

İSTİFADƏ QAYDASI
Endoskop yuma maşınlarında və manual istifadəyə uyğundur. Maddəni dezinfeksiya vannasına doldurun, fermentativ məhlul ilə ön təmizliyi həyata keçirilmiş alətləri söküb, bütün səthləri Clean Flash Opa maddəsinə təmas edəcək formada vannaya yerləşdirin və qapağını bağlayın. Təsir müddəti başa çatdıqdan sonra alətləti məhluldan çıxarıb bol su ilə durulayın. Məhlulun aktiv olub olmadığı test stripləri ilə yoxlanmalıdır. Əgər vannadakı məhlulda gözlə görünən səviyyədə kirlilik olarsa məhlulu yeniləmək tövsiyyə edilir. Aktivliyini itirmiş hər 5 litr maddə üçün 25-32 qram qlisin əlavə edərək nizamnamələrə müvafiq olaraq kənarlaşdırılır. Avtomatik endoskop yuma və dezinfeksiya maşınlarında istifadə zamanı istehsalçı tərəfindən məsləhət görülən qaydalara əməl edilməlidir.

TƏRKİBİ
• 0.55 % Ortho-phthalaldehyde;
• Korroziya inhibitoru;
• Köməkçi maddələr.

KODU: 9817

Həcm: 5 litr