ERMESTO NCM+AMINOS


Tibbi alətlər üçün ön təmizlik və dezinfeksiya maddəsi


Tibbi alətləri dezinfeksiya etmək üçün nəzərdə tutulmuş, aktivliyini “Quarterner Ammonium” birləşmələrindən alan, aldehid və fenol ehtiva etməyən konsentrat bir maddədir. Bütün materiallara uyğundur və bütün bakteriya, göbələk, virus növlərinə qarşı effektivdir.

 

İSTİFADƏ SAHƏLƏRİ
Maddə bütün növ cərrahi alətlər, stomatoloji cərrahi alətlər, cərrahi laporaskopik alətlər, "flexible" və "rigid" endoskopların təmizliyi və dezinfeksiyası üçün tətbiq edilir. Şüşə, keramika, silikon, plastik, akril, polimer, polikarbon, polistirol, HDPE, çini və paslanmaz polad materiallarda tətbiqi uyğundur. Endoskop yuma maşınlarında, ultrasəs yuma maşınlarında və manual istifadəsi mümkündür.

İSTİFADƏ QAYDASI
Tibbi alətlərin dezinfeksiyasında 1% nisbətində durulaşdırılaraq tətbiq edilir. Təsir müddəti 5 dəqiqə təşkil edir. Məhlul ən çox 15 gün müddətində aktivliyini saxlayır. Məhlulda üzvi tullantı və ya gözlə görünən kirlilik olarsa yeniləmək məsləhət görülür.

TƏRKİBİ
• Benzalkonium xlorid,
• Didesildimetilammoniumxlorid,
• Korroziya inhibitorları,
• Köpük inhibitorları,
• Köməkçi maddələr.

KODU: 9820

Həcm: 5 litr