ERMESTO ALCALI


Tibbi alətlər üçün qələvi tərkibli təmizlik maddəsi


Tibbi alətlərin avtomatik yuma maşınlarında təmizlənməsi, dezinfeksiya edilməsi üçün istifadə edilən qələvi tərkibli maddədir. Bütün növ sərt sularda avtomatik olaraq güclü bir formada üzvi tullantıları (qan, protein və s.) təmizləmək funksiyasına malikdir. Dərindən və iz buraxmadan təmizliyi təmin edir. Köpük və korroziya inhibitorları sayəsində köpük yaranmasının qarşısını alır. Antikoroziv və material dözümlülüyü funksiyasına malik bir dezinfeksiyaedicidir. Temperatura davamlı alətlərin 93oC-də, temperatura davamsız alətlərin isə 50-60oC-də yuyulub təmizlənməsini təmin edir.

 

İSTİFADƏ SAHƏLƏRİ
Metal, şüşə, keramika, farfor, plastik maddələrdən hazırlanmış tibbi alətlərin və cihazların təmizlənməsi və dezinfeksiya edilməsində təsirli bir məhsuldur. Əlavə olaraq laboratoriyada şüşə avadanlıqların, plastik avadanlıqların yuyulması üçün də uyğun bir təmizləyicidir. İstifadə ərzində səthlərin üzərində mikroorqanizmlərin miqdarını azaldır.

İSTİFADƏ QAYDASI
Maddə yuma maşınları ilə tətbiq üçün nəzərdə tutulmuşdur. Tövsiyyə edilən durulaşdırma nisbəti çirklilik dərəcəsinə görə 0,1-0,5 % aralığında təşkil edir. Doza miqdarı üçün istifadə ediləcək maşının istehsalçı tövsiyyəsinə nəzər yetirin.

TƏRKİBİ
• Kalium hidroksid,
• Benzalkonium xlorid,
• Ferment (amilaza, lipaza, proteaza),
• Antikoroziv maddələr,
• Deionlaşdırılmış su.

KODU: 9827

Həcm: 5 litr